Kursun bu hissəsi ən uzunmüddətlidir və sinifinizdə öyrənmə fəaliyyətinizi həyata keçirməyinizə həsr olunur. Video animasiyalardan və ya broşuralardan istifadə edərək, öyrənmə layihəsini və ya mürəkkəb tapşırığı tərtib edib onu sinifinizdə tətbiq edin. Yalnız bundan sonra özünü əks etdirən sorğu anketini doldurmalı olduğunuz növbəti dərsə keçin. Bu tapşırıqları nümunə kimi istifadə edə bilərsiniz.
III-V siniflər üçün tapşırıq
- Dostlarınızla birlikdə suyun çirklənməsini azaltmaq üçün hər birinizin nə edə biləcəyi barədə düşünün.
- Bunu müəlliminizlə müzakirə edin.
VI-VIII siniflər üçün tapşırıq
- Yaşadığınız ərazidə (kəndinizdə, şəhərinizdə və ya küçələrinizdə) su çirklidirsə, bunu sinif yoldaşlarınızla müzakirə edin. Çirklənmənin ərazinizdə necə baş verdiyini təsvir edin.
- Ərazinizdə suyun çirklənməsini azaltmağa kömək edəcək hansı üsulların mövcud olduğunu dostlarınızla araşdırın.
- Fikirlərinizi müəlliminizlə bölüşün və birlikdə müzakirə edin.
IX-XI siniflər üçün tapşırıq
- Şəhərinizdə sənaye, kənd təsərrüfatı və məişətin hansı ətraf mühit çirklənməsinə səbəb ola biləcəyini müzakirə və təhlil edin. Yaşadığınız ərazidə bu cür çirklənmə ilə bağlı bəzi nümunələr göstərin. Nəhayət təqdimatlar (infoqrafika) hazırlayın və bunu müəlliminiz və sinif yoldaşlarınızla müzakirə edin.
- Ətrafınızdakı suyun çirklənməsinin qarşısının necə alına biləcəyini sinif yoldaşlarınızla müzakirə edin.