Menu Close

[EV0203] Tapşırıq: Layihə Fikri, Planlaşdırma və tətbiq

Açıq

Kursun bu hissəsi ən uzunmüddətlidir və sinifinizdə öyrənmə fəaliyyətinizi həyata keçirməyinizə həsr olunur. Video animasiyalardan və ya broşuralardan istifadə edərək, öyrənmə layihəsini və ya mürəkkəb tapşırığı tərtib edib onu sinifinizdə tətbiq edin.  Yalnız bundan sonra özünü əks  etdirən sorğu anketini doldurmalı olduğunuz növbəti dərsə keçin. Bu tapşırıqları nümunə kimi istifadə edə bilərsiniz.

III-V siniflər üçün tapşırıq

  • Kağız və ya elektron xəritədə dünyanın böyük çay hövzələrini tapın və adlarını yazın. Bu hövzələr harada yerləşir?
  • Kür çayının hövzəsini tapın və tapdığınız böyük çay hövzələri ilə müqayisə edin.
  • Kür çayı hövzəsinin su istifadəçiləri haqqında düşünün və onların adlarını qeyd edin.
  • Sizin fikrinizcə, su hamı üçün kifayət etmədikdə, həmin istifadəçilərdən hansı ilk öncə su ilə təmin edilməlidir? Niyə? Bunu müəlliminizin köməkliyi ilə sinif yoldaşlarınızla birlikdə sinifdə müzakirə edin. 

VI-VIII siniflər üçün tapşırıq

  • Sinif yoldaşlarınızla birlikdə Azərbaycanda bir çay hövzəsi seçin və həmin çay hövzəsində su istifadəçilərinin kimlər olduğunu müzakirə edin.
  • Su ehtiyatlarının idarə edilməsi prosesində iştirak etməli olan maraqlı tərəfləri müəyyənləşdirin (zəruri hallarda transsərhəd kontekstini nəzərə alın).
  • əlliminizin köməyi ilə çay hövzəsi ilə əlaqəli maraqlı tərəflərin rollarını müəyyənləşdirin və müzakirələriniz və əldə edilmiş razılıq əsasında çay hövzəsi ehtiyatlarının idarə edilməsinin sadə planını hazırlamağa çalışın. Çay hövzəsinin idarəetmə planı hansı komponentlərdən ibarət olmalıdır? Hazırladığınız planın təqdimatını edin.

IX-XI siniflər üçün tapşırıq.

  • Xəritədən istifadə edin və  Azərbaycanın əsas çay hövzələrini və onların alt hövzələrini tapın.
  • Xəritədən istifadə edərək Azərbaycanın transsərhəd çaylarını tapın.
  • Xəritədə Azərbaycanda bir çay hövzəsini seçin və bu çay hövzəsinin istifadəçilərini müəyyənləşdirin.
  • Hövzənin suyundan istifadə ilə bağlı məsələlərin həllində iştirak etməli olduğunu hesab etdiyiniz tərəflərin siyahısını tərtib edin. Fikirlərinizi sinif yoldaşlarınızla bölüşün. Məsələni sinif yoldaşlarınız vəəlliminizlə müzakirə edin. 
Geriyə: Su ehtiyatlarının davamlı idarə olunması üzrə təlim – Müəllimlər üçün kurs > Modul 1 - Çay hövzələrinin coğrafiyası