Bu kurs BMTİP-QEF tərəfindən həyata keçirilən “Sərhədlərarası razılaşdırılmış fəaliyyətlərin və dövlət planlarının icrası vasitəsi ilə Kür çayı hövzəsi boyunca İnteqrasiya olunmuş su ehtiyatlarının idarə edilməsinin (SEİİ) inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır (https://kura-river.org/az). Layihə vətəndaşlara su ehtiyatlarından səmərəli istifadənin vacibliyini anlamalarına və davranışlarını dəyişdirmələrinə kömək etmək məqsədi daşıyır. Layihə “Environment and Development” təşkilatı tərəfindən “Mindworks” konsaltinq şirkətinin dəstəyi ilə həyata keçirilir.
Biz su ehtiyatlarının idarə olunması barədə bildiklərinizi gözdən keçirməyə və daha yaxşı bir gələcək üçün elə bu gündən nə edə biləcəyinizi təsəvvür etməyə kömək edəcək əyləncəli təhsil cizgi filmləri ilə onlayn bir kurs yaratdıq.
Məqsəd
Kursun məqsədi məsələ ilə maraqlanan insanlara su ehtiyatlarının davamlı idarə olunması ilə əlaqəli kritik məsələləri: mövcud problemlər və çətinliklər, gözlənilən nəticələr və risklər, praktik məsləhətlər və konkret həll yollarını anlamalarına kömək etməkdir.
Kurs kim üçündür?
Su mənbələrinin istifadəsi ilə maraqlanan hər kəs onlayn kursdan istifadə edə bilər. Xüsusilə fermerlər, yerli hökumət işçiləri və biznes nümayəndələri üçün faydalı ola bilər.
Quruluşu və kursu keçmək üçün tələb olunan vaxt
Kurs beş moduldan ibarətdir. Hər modulda bir cizgi video və bir qısa test var. Videonun ortalama müddəti 4-6 dəqiqədir və videoda vacib məsələlərə ümumi baxışı əks olunur. Hər test bir neçə sualdan ibarətdir və sualları cavablamaq üçün 10 dəqiqə kifayət edir. Testləri bir neçə dəfə doldura bilərsiniz.
Kursu bitirmək üçün 1-1,5 saatlıq vaxta ehtiyyacınız olacaq.
Komanda
Onlayn kurs “Environment and Development” və “Mindworks” mütəxəssisləri tərəfindən hazırlanmışdır.
Kakhaber Baxtadze, Layihə Meneceri, Environment and Development
İrakli Kobulia, Sahə Mütəxəssis, Environment and Development
Shota Murtskhvaladze, Onlayn Kurs Dizayn Meneceri, Mindworks
Natia Gabrichidze, Onlayn Kursun Təlimatçısı, Mindworks
Quram Kveladze, qrafika dizayneri, Mindworks