Bu kurs III-V sinif şagirdlərinə su resurslarının davamiyyətli idarəsi ilə bağlı son dərəcə əhəmiyyətli məsələləri – mövcud problemləri və çağırışları, gözlənilən nəticələri və proqnozları, cari təşəbbüsləri və layihələri əsaslı şəkildə qavramalarında kömək edəcəkdir.
Öz ətraflarında real dəyişiklikləri həyata keçirmək üçün gənclərin bilik və münasibətlərini inkişaf etdirmək xüsusilə əhəmiyyətlidir.
Şagirdlər kursu başdan-ayağa müstəqil şəkildə və yaxud, köməkçi ilə birlikdə keçə bilərlər. Tapşırıqları yerinə yetirə, testləri doldura və yaxud, animasiya videolarına tamaşa etməklə məlumat ala bilərlər.