Məsələ ilə əlaqədar
Yer üzünə suyun paylanması
İnsanlar yer üzünün suyunun 1% -ndən istifadə edə bilirlər. Şirin su azdır, suyun əsas hissəsi insanlar üçün yararsız olan duzlu sudur. Şirin su ehtiyatlarının böyük əksəriyyəti buzlaqlarda, xüsusən Antarktida və Arktikada quru buzlaqlarda yerləşir. Çox hissəsi insanlar üçün əlçatmaz olan dərin yeraltı su şəklindədir. Nəhayət, yalnız səth suları və nisbətən dayaz yeraltı su və üst qatdakı sular yararlıdır ki, bu da yer kürəsinin ümumi su ehtiyatlarının çox az bir hissəsini təşkil edir.
Sudan istifadənin fərqli növləri
Bu gün həyatımızın hər bir komponenti sudan asılıdır. Yaşadığımız və işlədiyimiz mühit, yediyimiz qida, istifadə etdiyimiz əşyalar, istənilən şeyi yaratmağımız və işlətməyimiz üçün su lazımdır. Məsələn, istehlak etdiyimiz elektrik enerjisi əsasən su mənbələrindən əldə edilir. Nəticədə, su enerji sektoru üçün çox vacibdir. Eyni zamanda, metallurgiya, kağız istehsalı, kənd təsərrüfatı sektoru üçün çox miqdarda su mənbəyinə ehtiyac var. Kompüter mikrosxemləri belə susuz istehsal edilə bilməz. Su insan sağlamlığını qorumaq üçün həlledici rol daşıyır, gigiyena, istirahət, dərman istehsalı və s. Gəmiçilik beynəlxalq yüklərin daşınmasının əsas vasitələrindən biridir.
Planetimizin su ehtiyatları
Planetimizin böyük hissəsi su ilə örtülüdür. Bilirik ki, yer üzünün 71% -i su təşkil edir, çaylar, göllər, dənizlər, okeanlar, bataqlıqlar, buz və ya qar şəklində. Ancaq ilk baxışdan bu su bolluğu suyumuzun çox olması demək deyil. Əslində, bizə yararlı olan su ehtiyatlarımız çox azdır. Şagirdlər üçün aydın bir nümunə, okean sahilinə yerləşən Afrika bölgə ola bilər, burada sanki bir maddə kimi su çoxdur, amma insanlar üçün yararlı olacaq su azdır və bu səbəbdən böyük su qıtlığı var. Daha konkret bir nümunə okean sahillərinə çıxan, lakin hələ də susuz və ən quraq səhralardan biri olan Sahara Səhrasıdır.
Su iqtisadi məhsul kimi
Suyun təbiətdən qaynaqlandığı və bu səbəbdən pulsuz olduğunu düşünməyimiz doğru deyil. Əslində fərqli məqsədlər üçün istifadə etdiyimiz su qənaət tələb edən bir maddədir. Bizim hər hansı bir yerdə mövcud olan sudan evlərimizdə istifadə etməyimiz üçün, suyun toplanılması və təchizatı üçün lazımi tikililərə və qurğulara, həmçinin suyun keyfiyyətinin təminatı və əlaqədar xidmətləri əhatə edən kompleksiv infrastruktura ehtiyacımız var. Bu xidmət növü üçün pul ödəməmiz məntiqlidir. Bununla yanaşı, əlavə bir infrastruktur olmadan, məsələn, çay, göl, bulaq, quyu və s. dən birbaşa su aldığımız zaman nə baş verir? Bu şəkildə istifadə olunan suyun pulsuz olduğunu düşünə bilərikmi? Bu suyun müəyyən bir ekosistemin davamlılığı nəticəsində əldə etdiyimizi unutmamalıyıq və bu ekosistemin də qayğıya, baxıma və qorunmağa ehtiyacı var. Beləliklə burada da pul ödəməmiz məntiqlidir. Nəhayət, su qənaət ediləsi bir məhsul olduğu doğrudur, amma eyni zamanda həyatı müəyyən edən bir amil olduğu üçün ona yanaşmamız digər təbii ehtiyatlara yanaşmamızla eyni olmaya bilər. Məsələn, meşə, dəmir, təbii qaz olmadan nəzəri cəhətdən yaşamaq mümkündür, su olmadan isə yaşamaq tamamiylə mümkünsüzdür.
Əsas hüquq kimi su əldə etmə
İnsanın yetərli miqdarda və keyfiyyətli suya sahib olması onun ən başlıca hüququdur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən içməli su və təmizlik insanın fundamental hüququ kimi tanınır. Öz növbəsində, içməli su və təmizlik imkanları digər əsas insan hüquqlarının həyata keçirilməsində böyük rol oynayır. Hər şeydən əvvəl isə, insanın ləyaqətli yaşama hüququnun tam həyata keçirilməsi üçün vacibdir.
Şagirdlər üçün maraqlı faktlar
- Su istehlakının həcmi ilə əlaqədar olaraq, məsələn, belə məlumatlar var: qabaqcıl Avropa ölkələrində adambaşına gündəlik su istehlakı 200 litrə bərabərdir. Tbilisidə isə bir sakin gündə orta hesabla 400 litr, həyət evinə sahib olan sakin isə 1000 litrə su istehlak edir.
- Su qıtlığı bəzi yoxsulluqlara səbəb olur. Kifayət qədər su əldə edə bilmiriksə, istehsal, kənd təsərrüfatı, keyfiyyətli səhiyyə sistemlərini inkişaf etdirə bilmərik. Su təchizatı üçün böyük bir sərmayə qoymalıyıqsa, digər sahələr maliyyəsiz qala bilər və s.
- Dünyadakı yüklərin çox hissəsi tankerlər və konteyner gəmiləri ilə çaylar, dənizlər və okeanlar tərəfindən nəql olunur. Su nəqliyyatı bu gün quru və hava nəqliyyatı ilə müqayisədə ən ucuzudur.
Xüsusi problemlər
Su çatışmazlığı
UN-Water-a görə, 2 milyarddan çox insan yüksək su problemi yaşayan ölkələrdə yaşayır və 2040-cı ilədək hər dörd uşaqdan biri (ümumilikdə 600 milyon) su qıtlığı olan bölgələrdə yaşayacaq. Hal hazırda dünya əhalisinin üçdə ikisi (ümumilikdə 4 milyard insan) ildə ən azı bir ay su qıtlığı olan bölgələrdə yaşayır. Gürcüstanın bəzi bölgələrində, xüsusən də Gürcüstanın şərqində su qıtlığı var. Dünyadakı suyun ümumi miqdarı azalmır, ancaq bölüşdürmə dəyişir. Müəyyən bir müddət ərzində bölüşdürülmək əvəzinə yağışlar bir anda gələ bilər. Yer üzünün bəzi bölgələrində çox yağış olduğu halda, digər bölgələrdə səhralaşma riski ola bilər.
Suyun çirklənməsi
Çirklənmə problemi həm də insanların istifadə edə biləcəyi su miqdarının azaldılması deməkdir. Problemin miqyası olduqca genişdir, məsələn, yer üzündə təxminən 700 milyon insan çirkli su istehlak edir. Food & Water Watch-un apardığı bir araşdırmaya görə, 2025-ci ilə qədər təxminən 3,5 milyard insan su çatışmazlığı problemi yaşayacaq. Bu əsasən suyun çirklənməsiylə əlaqədar olacaq, çünki su mənbələrinin çirklənməsi getdikcə artır.
Səhiyyə və təmiz su
Suyun səmərəsiz istifadəsi və onun çirklənməsi əhalinin sağlamlığının pisləşməsi ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF ) məlumatlarına görə, təxminən 2,5 milyard insan lazımi sanitariya şərtlərinə sahib deyillər. Bundan əlavə, çirkli su müxtəlif xəstəliklərə səbəb olur, o cümlədən çətin müalicə olunan xəstəliklər – ishal, vəba və s.
Həlli yolu
Su ehtiyatlarının çatışmazlıqla mübarizə üsulu bu mərhələdə su çatışmazlığını aradan qaldırmanın yeganə yolu su ehtiyatlarını qorumaq və saxlamaqdır. Aydındır ki, suyun çirklənməsi prosesi nə qədər azalarsa və təmiz su istehlakı nə qədər səmərəli olarsa, bir o qədər çox insan təmiz su ilə təmin ediləcəkdir.
Dünyanın qabaqcıl ölkələri bu vəzifələri yerinə yetirmək üçün insan fəaliyyətinin bütün sahələrində müxtəlif texnologiyalar yaradır və tətbiq edirlər: kənd təsərrüfatı, istehsalat, gündəlik həyat və s.
Səmərəli su istifadəsi
İnsanlar hijyenik, təmiz bir mühitdə yaşamaq, sağlam olmaq, potensiallarını reallaşdırmaq üçün kifayət qədər enerji qaynaqlarına və lazımi ətraf mühitə ehtiyac duyurlar. Daha az su istehlakı bəzi fəaliyyətlərdən imtina etmək deyil əksinə, eyni fəaliyyətləri az su ilə həyata keçirmək deməkdir. Bunun üçün daha əvvəl də qeyd etdiyimiz kimi müasir texnologiyalardan və metodlardan istifadə edə bilərik.
Su qənaətinin fərqli üsulları
Gündəlik həyatda suya qənaət üsulları var, məsələn, qənaətcil paltaryuyan maşınlar, öz-özünə bağlanan kranlar, düzgün su təchizatı (su sızması və fasiləsiz su axını olmadan), faydalı sayğac sistemi və s. Həm də ev şəraitində istifadə etdiyyiniz kimyəvi maddələrə diqqət yetirilməlidir – xüsusi maddələrdən istifadə olunsa yaxşı olardı – ətraf mühitə uyğun məhsullar adətən ekoloji cəhətdən təmiz vasitələr istehsalçı tərəfindən verilən qablaşdırmada qeyd olunur. Kənd təsərrüfatında, məsələn, ənənəvi suvarma sistemini bizə daha az su ilə eyni nəticəni verən, damcı sistemi ilə əvəz etmək mümkündür.
Bitkilər üçün zəruri olan kimyəvi maddələrdən lazımi şəkildə istifadə etmək də vacibdir – ətraf mühit üçün təhlükəsiz bir material seçmək və mütəxəssislərin tövsiyə etdiyi miqdardan istifadə etmək lazımdır. Fabriklər və müəssisələr də su qənaət edən texnologiyalardan istifadə edirlər. Bununla eyni suyun toplanması və yenidən filtrdən süzülərək təkrar istifadəyə verilməsi təmin olunur.
Suyun çirklənməsinin qarşısını almaq üçün məişət tullantılarını ətraf mühitə atmamaq, habelə kanalizasiya sistemlərini tənzimləmək, təmizləyici qurğuları və bununla əlaqədar prosesləri tətbiq etmək və s. olduqca vacibdir.
Şagirdlərlə işləyə biləcəyiniz məsələlər
- Aral dənizi nümunəsinin analizi (şagirdlərin tədqiqat bacarıqlarını inkişaf etdirmək üçün istifadə edilə bilər)
- Müxtəlif sahələrdə su qənaət imkanları
- Su izinin hesablanması (fərqli veb platformalar vasitəsi ilə hər bir şəxs öz su izini hesablaya bilər: bunun üçün fərqli məlumatlar qeyd edərək avtomatik hesablanmış izi əldə edə bilər).