Menu Close

[EV0301] Mövzunun təsviri – İqlim dəyişikliyi və su

Açıq

Məsələ ilə əlaqədar

İqlim Dəyişikliyinin Səbəbləri və Mexanizmləri

Qlobal iqlim dəyişikliyinin həqiqətən gerçəkləşməsi faktı artıq mübahisə edilmir. Bəzi elmi dairələrdə bu dəyişikliklərin təbii səbəblərdən qaynaqlandığı yoxsa birbaşa insan təsirinin nəticəsi olub olmadığı hələ müzakirə mövzusu ola bilər. Həqiqət budur ki, insan fəaliyyəti nəticəsində çox miqdarda karbon dioksid ( CO2) və metan ixrac edir və elə bu da, digər istilik qazlarının yüksək konsentrasiyası temperaturun müəyyən dərəcədə yüksəlməsinə səbəb olur.

Mexanizm belədir

Yerin günəşdən istilik enerjisi aldığını bilirik. Atmosferin birbaşa günəş işığı ilə qızdırılmadığını da bilirik – əvvəlcə yerin səthi qızdırılır, sonra yerin kənarındakı havnı isidir, hava yuxarıya doğru irəliləyir və nəticədə atmosferi istiləşdirir. İndiyə qədər Yerin aldığı istinin böyük bir hissəsi atmosferin üst təbəqələri tərəfindən əks olunur və yenidən kosmosa səpələnirdi. Yəni, yer az və ya çox dərəcədə optimal istilik enerjisi alırdı. İndi nə baş verir? CO _2, metan və digər istilik qazlarının konsentrasiyası istilik enerjisinin önünü kəsir və elə bir mexanizm yaradır ki, istilik enerjisinin Yerdən yenidən kosmosa doğru səpələnməsinin qarşısını alır. Bu, qlobal istiləşməyə səbəb olan bir növ isitmə effekti yaradır. İstiləşmə  effektinin bu mexanizmi iqlim dəyişikliyinin səbəblərindən biri hesab olunur. Metan qazının buzda (səthi buzlaqlar və çoxillik quru sahələr) əhəmiyyətli dərəcədə toplandığı da nəzərə alınmalıdır. CO _2 konsentrasiyası artdıqda, temperatur yüksəlir, buzlar əriyir və çox miqdarda metan ortaya çıxır. Bu, qlobal istiləşmə prosesini daha da sürətləndirir.

Proqnozlar

Gələcəkdə iqlim dəyişikliyi necə davam edəcək? Sənaye və ev təsərrüfatları fəaliyyətimiz dəyişməyəcəyi təqdirdə, 21-ci əsrdə istilik artımının 20-ci əsrə nisbətən olduqca artdığı hiss etməmək qaçınılmaz olacaq. Bu nöqtədə, cari hesablamalara görə, Yer üzündə ortalama istilik artımı 1.8 ilə 4 dərəcə arasında olacaq. Mütəxəssislər Yerdəki temperaturun yüksəlməsini təyin etmək üçün müxtəlif modelləşdirmə işləri aparırlar. Yaradılan kompüter modelləri bir-birindən insan fəaliyyəti, bölgələr, iqlim şəraiti və digər xüsusiyyətlər nəticəsində yayılan istilik qazlarının konsentrasiyası baxımından fərqlənir. Məsələn, proyeksiya nəticələri qurudakı istiliklərin okean səthinə nisbətən daha çox artacağını və eyni zamanda dağlıq bölgələrdə aran və tropik bölgələrə nisbətən daha çox olacağını göstərir.

Problemlər

Mümkün və real nəticələr

İqlim dəyişikliyinin nəticələri bunlar ola bilər: dəniz səviyyəsinin qalxması, fəlakətli hadisələr, azalmış axınlar, səhralaşma, xəstəliklərin yayılması, biomüxtəlifliyin itirilməsi və ekosistem xidmətlərinin zədələnməsi. Xüsusi olaraq insanlar üçün dəyişəcək olan şey, bütöv bir ilə bölüşdürülən yağışın bir neçə gün ərzində durmadan gələ bilməsi və bu səbəblə zərərli olmasıdır. Təbii fəlakətlər riski artır. Bizim üçün əlverişli şərtlər əlverişsiz hala gəlir. Bu, xüsusilə kənd təsərrüfatı torpaqlarının azalması, meşələrin qırılması və s. İlə nəzərə çarpır. Təbii fəlakətlər riski artır. Bizim üçün əlverişli olan şərtlər artıq əlverişsiz hal alır. Bu, xüsusilə kənd təsərrüfatında yararlı torpaq sahələrinin azalması, meşələrin qırılması və s. ilə nəzərə çarpır.

İnsana birbaşa təsir edəcək dəyişikliklər böyük əhəmiyyət kəsb edəcək. Bu dəyişikliklər ilk növbədə mövcud yağış rejimindəki kəskin dəyişiklikdə əks olunacaq. Xüsusilə, yağıntının intensivliyi artacaq (bu və ya digər ərazi üçün tipik olan yağıntının aylıq, illik norması qısa müddətdə bir anda gələrək arta bilər). Bu, müvafiq mənfi nəticələri olan təbii fəlakətlərin inkişafına səbəb olur. Quraqlıq artacaq, bu da kənd təsərrüfatına mənfi təsir göstərəcək – torpağın deqradasiyası və səhralaşma prosesi nəticəsində kənd təsərrüfatında yararlı torpaqlar onsuz da xeyli azalmışdır. Meşələrin sayı azalacaq. Bütün bunların nəticəsi olaraq yer üzünün hal hazırda yaşayış sahələrinin həyat üçün yararsız hala düşməsi böyük miqrasiya dəyişikliyinə səbəb olacaq və s. Qlobal  miqyasda iqlim dəyişikliyinin nəticələrindən biri təhlükəsiz mühiti tamamilə dəyişdirmək ola bilər. Məsələn, su mənbələrindəki qlobal azalma nəticəsində, su ehtiyatları ilə zəngin olan ölkələr dövlət təhlükəsizliyi baxımından yeni bir təhlükə qarşısında qala bilərlər. 

Təbii fəlakətlər

Müasir yanaşma belədir: qasırğa, daşqın kimi bizə mənfi təsir göstərən bir hadisə təbii fəlakət deyil, sosial bir fəlakətdir. Zərər çəkməyimizin səbəbi təbiətdən deyil, öz davranışlarımızdan qaynaqlandığını anlamalıyıq. Məsələn, yaşamaq üçün bu və digər gücə sahib qasırğaları ilə xarakterizə olunan bir ərazi seçdik. Öz-özlüyündə bir qasırğa fəlakət deyil, bu mühitin bir xüsusiyyəti. Ancaq bu xüsusiyyəti nəzərə alaraq fırtına zamanı çökəcəyindən qorxduğumuz üçün bu ərazidə ev tikməyi planlaşdırmamağımız bizim problemimizdir, təbiətin deyil. İkinci nümunəni nəzərdən keçirək. 20-ci əsrdə dörd dəfə su basmış və dağıntılara, qurbanlara səbəb olan bir vadidə yaşamağı seçdik. Bənzər hadisələrin yenidən baş  verə biləcəyini nəzərə almalıyıq, çünki bu vadinin təbiəti budur. Buna görə də planlaşdırma prosesində nəzərə almalıyıq ki, su basqınlarının qarşısını almaq üçün və ya daşqın kütlələrini məhdudlaşdımaq üçün qurğular inşa etməliyik,  ya da erkən xəbərdarlıq sensorları sistemini tətbiq etməli və ya 100% təhlükəsizlik zəmanəti təmin edə bilmədiyimiz təqdirdə ərazinin yaşam üçün istifadəsindən imtina etməliyik.

Şagirdlər üçün maraqlı faktlar

  • Elm adamları yerin mövcud olduğu müddətdən bu günə təbii amillərin yaratdığı donma və ərimə dövrününü yeddi dəfə keçdiyinə inanırlar. Son dəyişikliklər insan fəaliyyəti ilə əlaqədardır və zamanla çox sürətli şəkildə irəliləyir.
  • İstiləşmənin mənbələri: Energetika (% 35), kənd təsərrüfatı (% 24), sənaye (% 21), nəqliyyat (% 14), inşaat sektoru (% 6,4).
  • Kür çayı hövzəsində son on ildə orta temperatur artımı 0.7 ° C dir. Yağıntılar da azalıb. Buzlaqların əriməsi də intensivləşdib (son 50 ildə 30%), çaylarda suyun səviyyəsinin aşağı düşməsinə səbəb oldu.

Həlli yolu

Qlobal əməkdaşlıq

İqlim dəyişikliyi geniş miqyaslı bir hadisədir və təbii ki, qlobal əməkdaşlıq olmadan prosesə təsir göstərmək mümkün deyil. Beynəlxalq İqlim Dəyişikliyi Konvensiyası (UNFCCC) 1994-cü ildə qüvvəyə minmiş və 197 tərəfi (ölkəni) birləşdirmişdir. Bu beynəlxalq saziş atmosferdəki istiləşmə yaradan qazlarının konsentrasiyasını azaltmağı və beləliklə yerin iqliminə təhlükəli antropogen təsirlərin qarşısını almağı hədəfləyir. Tərəflərin hər il Konvensiyanın İdarəetməsinin Yüksək Şurasını təşkil edərək. Konfranslardan biri 1997-ci ildə Kyotoda keçirilib. İki ölkə üçün istilik qazı emissiyalarına dair müəyyən məhdudiyyətlər tədbiq edilmişdir Yüksək inkişaf etmiş ölkələr üçün daha sərt məhdudiyyətlər (Əlavə №1 göstərilən ölkələr) və az inkişaf etmiş ölkələr üçün nisbətən daha yüngül öhdəliklər (Əlavə # 2 göstərilən ölkələr) tədbiq olundu. Kyoto Protokolu 2005-ci ildə qüvvəyə minmişdir. Sonradan məlum oldu ki, Əlavə 2-dəki ölkələr Əlavə 1-dəki ölkələrin emissiya kvotalarını tamamilə üstələdilər, bu səbəbdən inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrin məsuliyyət məsələsi ortaya çıxdı. Növbəti mərhələ, hazırda 195 ölkəni birləşdirən İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyası daxilində 2016-cı ildə qurulan Paris sazişi oldu. Müqavilənin uzunmüddətli hədəfi qlobal orta temperaturu əvvəlki sənaye səviyyəsindən cəmi 2 ° C yüksək səviyyədə saxlamaq və maksimum temperaturun 1,5 ° C artımı idi. Paris müqaviləsinə əsasən, üzv olan hər bir dövlət qlobal istiləşməni azaltmaq üçün lazımi fəaliyyətləri müəyyənləşdirmə, planlaşdırma və həyata keçirmək məcburiyyətindədir. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) 1988-ci ildə yaradılıb və hazırda 195 üzv ölkəni birləşdirir. IPCC mütəmadi olaraq iqlim dəyişikliyi, bununla əlaqəli təsirləri və gələcək riskləri, uyğunlaşma və zərərin azaldılması üçün mümkün alternativlər barədə qiymətləndirmə hesabatları dərc edir. 

Adaptasiya (Uyğunlaşma, hazırlıq, alışmaq) / Mitiqasiya  ​(Azaldılma, yumuşatma)

Adaptasiya, mühitin dəyişdiyini və yeni bir mühitə hazırlaşmaq lazım olduğunu qəbul etməyi əhatə edir. Təxminən ssenariləri müəyyənləşdirmək vacibdir – 50-100 ildən sonra harada olacağıq, ətrafımızın təhlükəsizlik baxımından necə olacaq və buna uyğun olaraq hazırlıqlar etmək. Məsələn, kənd təsərrüfatı ən-ənələrinin yeni mühitə uyğunlaşacağı şəkildə dəyişdirmək.

Mitiqasiya, ​azaldılması və ya yumşaldılması yanaşması iqlim dəyişikliyinə dəstək olan amillərlə mübarizəni nəzərdə tutur. Bu istilik qazlarında azalmanı təşkil etmək  ola bilər. Məsələn, yanacaq və enerji istehlakının azaldılması, enerjiyə qənaət edən texnologiya və tikinti materiallarından istifadə və s.

Enerji qənaət üsulları / enerji səmərəliliyi

Enerji qənaət metodlarının tətbiqi üçün minimum standartları özündə cəmləyən, müəyyən bir qanunvericilik çərçivəsinə ehtiyyac var. Məsələn, müəyyən standartlara cavab verən materiallarla tikilən enerji qənaət edən binalar bu baxımdan çox vacibdir və bu tələblər də qanunla tələb oluna və tənzimlənə bilər. Gürcüstan artıq ümumi enerji səmərəliliyi və binaların enerji səmərəliliyi haqqında qanun qəbul etmişdir. Fərdi səviyyədə daha az enerji istehlakı, enerji qənaət edən lampaların, enerjiyə qənaət edən cihazların və s., istifadəsi nəzərdə tutulur.

Şagirdlərlə işləyə biləcəyiniz məsələlər

  •  İqlim dəyişikliyi mexanizminin təsviri
  • İqlim dəyişikliyinin bizə təsiri
  • Enerji qənaət imkanları
  • Azaldılması: Nə edə bilərik?
  • Uyğunlaşma: Nə edə bilərik?
Geriyə: Su ehtiyatlarının davamlı idarə olunması üzrə təlim – Müəllimlər üçün kurs > Modul 2 - İqlim dəyişikliyi və su