Menu Close

[EV0601] Mövzunun təsviri – Suyun keyfiyyətinin qorunması

Açıq

Məsələ ilə əlaqədar

Əldə edilə biləcək su

Suyun keyfiyyətinin pisləşməsi insanlar üçün yararlı suyun daha azalacağının göstəricisidir.

Hal-hazırda, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) məlumatlarına görə, təxminən 894 milyon insan lazımi keyfiyyətlərə malik   sudan istifadə edə bilmir. Təxminən 700 milyon insan isə çirkli içməli su istehlak edir. Suyun istifadəsini azaldaraq, həm də suyu çirklənmədən qoruyaraq suyun bərabər şəkildə əldə edilməsini təmin etmək mümkündür.

Xüsusi problemlər

Mütəmadi təsir və çirklənmə

Hər birimiz, şüurlu və ya şüursuz, istəkli və ya istəmədən, ictimai, sənaye və ya məişət fəaliyyətlərində suya intensiv şəkildə təsir edir  və onun davamlı çirklənməsində iştirak edirik. Dövlət səviyyəsində problem ondan ibarətdir ki,  kanalizasiya təmizləyici qurğuların çatışmazlığı və ya demək olar ki olmamasına görə, çirklənmiş su birbaşa çaylara axır.

Ayrıca tullantılar lazımi şəkildə atılmır və təmizlənmir. Fərdi şirkətlər səviyyəsində problem ondan ibarətdir ki, müəyyən bir istehsal üçün zəruri olan, lakin təbiətə zərərli kimyəvi maddələrin istifadəsinə laqeyd yanaşa bilirlər. Böyük və ya ailə təsərrüfatlarında problem, bitki üçün gübrələrin və ya parazitlərin tənzimlənməmiş və səhv istifadəsidir. Fərdi səviyyədə problem isə zibilin birbaşa çaylara, meşələrə və digər xüsusiylə zibil üçün ayrilmayan ərazilərə tökülməsidir, bu isə nəticədə torpaq və suyun çirklənməsinə səbəb olur.

Yer üzündəki həyat üçün təhlükə

Çirklənmiş su insanlar kimi digər canlılar üçün də təhlükə yaradır. Məsələn, suyun əsas çirkləndiricilərindən biri olan plastik tullantılar dənizdəki həyatı məhv edir. Bu tip tullantıların 100 mindən çox məməlilərin, su quşlarının və balıqların məhv olmasına səbəb olduğu deyilir. Suda yaşayan heyvanların yox olma nisbətinin quruda yaşayan heyvanların yox olma nisbətindən beş dəfə çox olduğu da sübut edilmiş bir həqiqətdir. 2010-cu ildə  Meksika körfəzinə çox miqdarda neft töküldükdə kədərli bir hadisə baş verdi, minlərlə heyvan və quş öldü, bunların əksəriyyəti nəsli kəsilməkdə olan növlərə aid idi.

 

Çirklənmiş su insan sağlamlığına da mənfi təsir göstərir və kimyəvi zəhərlənmələrə, yoluxucu hepatit, vəba, ishal, mədə-enterit, qarın tifi və s. kimi xəstəliklərə səbəb olur. Kimyəvi maddələrlə çirklənmiş suyun insan sağlamlığına uzunmüddətli təsirini müəyyənləşdirmək nisbətən daha çətindir. Məsələn, bu və ya digər çaydakı kimyəvi birləşmələr yaxınlıqdakı insanlarda onkoloji xəstəliklərə səbəb olurmu? Bu cür səbəb-nəticə əlaqələrini dəqiq müəyyənləşdirən bir araşdırma olduqca hərtərəfli olmalıdır. Bundan əlavə, bunu həyata keçirmək üçün siyasi razılıq tələb oluna bilər. Bölgəmizin əhalisi bu tip araşdırmalarla çox da mükafatlandırılmayıb.

Çirklənmə növləri və mənbələri

Su çirklənməsinin% 80-i məişət tullantılarının uyğun olmayan yerlərə və suya tökülməsi kimi səbəblərdən qaynaqlanır. Bundan əlavə kanalizasiya ciddi bir çirklənmə mənbəyidir. Məsələn, Asiya ən çirkli çaylara sahibdir. Onların əksəriyyəti insanın nəcis bakteriyası ilə çirklənmişdir. Gürcüstanda yaşayış məntəqələrinin əksəriyyətdə lazımi təmizləyici qurğular yoxdur. Buna görə də bələdiyyəyə aid olan suların 57%-ni çirklənmiş sular təşkil edir. Suyun kimyəvi çirklənməsi baxımından filiz müəssisələrinin fəaliyyəti də çox problemlidir. Bu növ istehsal müəssisələrində xammal istehsalında adətən ciddi çirklənməyə səbəb olan müxtəlif növ kimyəvi konsentratlardan istifadə olunur. Aqrar sektorunun da suyun kimyəvi çirklənmə prosesinə böyük rolu vardır.

 Şagirdlər üçün maraqlı faktlar

  • Minamata nümunəsi – Yaponiyada yerləşən Minamata şəhəri koordinasiya pozğunluğu / gicolma xəstəliyin ilk aşkarlandığı yerdir. Yerinə görə bu xəstəliyə Minimata Sindromu adı verdilər. Minamata çayının yuxarı axınında civə emalı və istehsalı üçün istifadə olunan çirkli suyu çaya axıdan kimyəvi zavod fəaliyyət göstərirdi. Çay körfəzə axdı, burada Minamatalılar balıq ovlayır və balıqları yemək üçün istifadə etdilər. Nəticədə civə konsentrasiyası bədənlərində o səviyyəyə çatdı ki, intoksikasiyaya səbəb oldu. Daha sonra, civə hərəkəti tənzimləmə konvensiyasına da Minamata konvensiyası adı verildi. Gürcüstan da bu konvensiyaya qatıldı, lakin konvensiyanın həyata keçirilməsi üçün problem yaradan mövcud civəni dəqiq hesablamaq mümkün deyil. Minamata su vasitəsilə insanlar üçün necə təhlükəli şəraitin yaradılmasının bariz nümunəsidir. 
  • ABŞ-ın çay və göllərinin 40% -i o qədər çirklidir ki, içərisində demək olar ki, həyat (balıq)  yoxdur. İnsanların burada üzməsi qadağandır – ABŞ-da belə suyun çirklilik göstəricisi çox yüksəkdir. 
  • Dünyada hər il 5 ilə 10 milyon arasında insan su çirkliliyinin səbəb olduğu xəstəliklərdən ölür. 
  • Plastik bir şüşənin çürüməsi üçün orta hesabla 450 il və ya daha çox vaxt lazımdır; Polietilen torbanın çürüməsi isə 10 dan 20 ilə qədər çəkir.

Həlli yolu

Qlobal Əməkdaşlıq

Suyun çirklənməsini azaltmaq üçün hər hansı bir strategiya və ya konkret tədbirlər yalnız beynəlxalq əməkdaşlıq çərçivəsində planlaşdırılıb həyata keçirildiyi təqdirdə təsirli olacaqdır. Məsələn, transsərhəd çaylar məsələsində, yuxarı axındakı bir ölkə suyun keyfiyyət standartlarına nəzərə almırsa, aşağı axındakı bir ölkədəkədə su onsuz da çirkli olacaqdır və suyun təmizliyini təmin etmək demək olar ki, həll olunmayan bir problemə çevriləcəkdir. Qlobal əməkdaşlığın bariz nümunəsi 1994-cü ildən bəri mövcud olan və 14 ölkənin nümayəndələrini bir araya gətirən Dunayın Qoruma üzrə Beynəlxalq Komissiyasıdır. Təşkilat Dunay hövzəsində suyun davamlı və ədalətli istifadəsini təşviq etməyi hədəfləyir. Komissiyanın işi, beynəlxalq əməkdaşlıq və Dunaya hövzəsinin transsərhəd idarəçiliyi üçün əsas hüquqi vasitə olan Dunay Qoruma Konvensiyasına əsaslanır.

Hər bir insanın davranışını dəyişdirmək

Qlobal iş birliyinindən əlavə, su ilə əlaqəli bütün digər problemlərin öhdəsindən gəlmədə hər bir şəxs öz töhfələrini verə bilər. Buna görə fərdi məsuliyyətləri başa düşmək və həyata keçirmək lazımdır.

Çirklənmə mənbələrinin azaldılması

Fərdi səviyyədə həll edə biləcəyimiz ən vacib məsələlərdən biri də tək istifadəlik əşyaların istifadəsini azaltmaq və ya dayandırmaqdır. Tək istifadəlik əşyaların  istehsalı üçün su ehtiyatlarından istifadə olunduğunu və bu əşyaların istifadə olunub, atıldıqdan sonra suyun çirklənməsinə səbəb olduğunu anlamalıyıq. Tək istifadəlik çantaların istifadəsini qadağan etmək və onları parça və ya kağız torbalarla əvəz etmək çox vacibdir. Unutmamalıyıq ki, ətraf mühiti çirkləndirənlər arasında  tək istifadəlik plastik maddələrin payı ən çoxdur. Lazımi qaydaları və standartları tətbiq etmək və onların qorunmasından məsul olan sektorlara dəstək olmaq dövlət qurumlarının vəzifəsidir. Buraya zərərli kimyəvi maddələrin istehsalatda və kənd təsərrüfatında istifadəsinin azaldılması və bunların ətraf mühitə zərərsiz maddələrlə əvəz edilməsi, suyun təmizlənməsi proseslərinin tətbiqi, zibilin təkrar emalı müəssisələrinin inkişafının təşviqi və s. kimi addımlar daxil edilə bilər

Şagirdlərlə işləyə biləcəyiniz məsələlər

  • Öz ərazilərinin timsalında çirkləndiricilər– Şagirdlər yaşadıqları ərazidə olan çirkləndiriciləri analiz edə bilərlər, məsələn, qırıq kanalizasiya sistemi, pestisidlərin istifadəsi və s.
  • Çirklənmənin qarşısını almaq üçün tədbirlər – Şagirdlər çirklənmədən qorunmağın yollarını düşünə və tapa bilərlər.
Geriyə: Su ehtiyatlarının davamlı idarə olunması üzrə təlim – Müəllimlər üçün kurs > Modul 5 - Suyun keyfiyyətinin qorunması