Kursun bu hissəsi ən uzunmüddətlidir və sinifinizdə öyrənmə fəaliyyətinizi həyata keçirməyinizə həsr olunur. Video animasiyalardan və ya broşuralardan istifadə edərək, öyrənmə layihəsini və ya mürəkkəb tapşırığı tərtib edib onu sinifinizdə tətbiq edin. Yalnız bundan sonra özünü əks etdirən sorğu anketini doldurmalı olduğunuz növbəti dərsə keçin. Bu tapşırıqları nümunə kimi istifadə edə bilərsiniz.
III-V siniflər üçün tapşırıq
- Müəlliminizlə birlikdə istixana qazlarının necə əmələ gəldiyini və atmosferə necə atıldığını öyrənin.
- Gündəlik həyatınızda lazımsız enerji istehlakını necə azaltmağın mümkün olması barədə düşünün və beləliklə istixana qazlarının atılmasını azaldın.
- Fikirlərinizi ailə üzvləriniz, dostlarınız, müəllimlərinizlə bölüşün və birlikdə müzakirə edin.
VI-VIII siniflər üçün tapşırıq
- İstixana qazlarının təbii və antropoloji (yəni texnogen) səbəblərini müzakirə edin. Bu səbəblər arasında hansı səbəbi ən əhəmiyyətli hesab edirsiniz?
- Sinif yoldaşlarınızla birlikdə iqlim dəyişikliyinin şəhərinizin gələcəyinə təsirlərini müzakirə və təhlil edin. Dərs üçün təqdimat hazırlayın. Müəlliminizlə birlikdə iqlim dəyişikliyinin şəhərinizə mənfi təsirini azaltmaq və qarşısını almaq üçün nə edilə biləcəyini müzakirə edin.
IX-XI siniflər üçün tapşırıq
- İqlim dəyişikliyinə uyğunlaşmaq üçün su ilə bağlı fərdi tədbirlər barədə düşünün.
- İqlim dəyişikliyini azaltmaq üçün su ilə bağlı fərdi tədbirlər barədə düşünün.
- Sinif yoldaşlarınızla qrup təqdimatları hazırlayın və onları sinifdə müəlliminizlə müzakirə edin.