Öyrənmə fəaliyyətləri şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə kömək etməlidir. Üç əsas xüsusiyyətin nəzərə alınmasını tövsiyə edirik:
- Multimodallıq – Ünsiyyətin çoxmodallığı, fikir mübadiləsi zamanı birdən çox vasitənin istifadəsini əhatə edir. Məsələn, şagirdlər gördükləri işi vizual materialın şifahi təqdimatıyla və video qaynaqların istifasiylə təqdim edə bilərlər. Eyni zamanda, mətnlə birgə şəkillərdən istifadə olunmuş blog yazıları da yarada bilərlər. Əsas məqsəd ondan ibarətdir ki, istifadə olunan bütün elementlər nəticədə bir ideyanı, fikri, düşüncəni çatdırmağa xidmət etmilidir.
- Arqumentasiya və əsaslandırma – şagirdlərin işlərinin və fikirlərinin təqdimatı müvafiq əsaslandırmaları, dəlilləri, faktları və nümunələri təqdim etməyi də əhatə edir. Məsələn, bir şagird hər hansı bir proqnoz verirsə, auditoriyaya proqnoza səbəb olan məntiqi faktlar zəncirini də təqdim etməlidir. Hər hansı bir fikir varsa, müvafiq məlumatlar, faktlar və nümunələrlə sübut olunmalıdır.
- Hədəf auditoriyasını nəzərə almaq– Şagirdlər müvafiq hədəf auditoriyası üçün ünsiyyət formasını tərtib etməlidirlər. Müraciyyət edəcəkləri şəxslərin kim olduğunu müəyyənləşdirməli və onların xüsusiyyətlərinə görə ən yaxşı modeli seçməlidirlər. Ünsiyyət planı forma, məzmun və üslubun müəyyənləşdirilməsini əhatə edir. Əsas məqsəd şagirdin təqdim etdiyi materialın hədəf auditoriyası üçün başa düşülən olmasıdır.