Menu Close

[EV0106] Biliyin qurulması​

Açıq

Çox vaxt məktəblərimizdə məlumat tapmağın və təqdim etməyin tələb etdiyi bu cür təhsil fəaliyyət formalarından istifadə edirik. Bu tip tapşırıqlara çox vaxt “tədqiqat” deyilir. Bununla birlikdə qeyd etmək lazımdır ki, sadəcə məlumat toplamaq və alınan məlumatlar haqqında bir mətn və ya təqdimat hazırlamaq tədqiqat və biliyin qurulması deyil, mövcud məlumat və informasiyalar toplusudur.

Biliyin qurulması əslində “tənqidi düşüncə” ilə eynidir. Şagirdlər artıq öyrəndiklərini gözdən keçirməklə yanaşı, onu yenilikçi düşüncələrlə qavrayır və yeni ideyalar haqqında düşünürlər.

Biliyin qurulması məlumat və ya fikirlərin təfsirini, təhlilini, sintezini və ya qiymətləndirilməsini əhatə edir.

  1. Təfsir – birbaşa mənadan kənar bir düşüncə görməkdir. Məsələn, şagirdlər  suyun çirklənməsi barədə əhalinin ümumi təsəvvürlərini oxuya bilər və onlara belə bir baxışa nəyin səbəb olduğunu təxmin edə bilərlər (niyə belə düşünürlər?).
  2. Analiz –bir bütövün tərkib hissələrini müəyyənləşdirmək və onların arasındakı əlaqəni tapmaq prosesidir. Məsələn, şagirdlər ətraflarındaki mühiti çirkləndirən amilləri araşdıraraq onlardan hansının suyun çirklənməsinə və nəticədə su qıtlığına səbəb  olduğunu təyin edə bilərlər.
  3. Sintez iki və ya daha çox fikir arasında əlaqə qurmağı əhatə edir. Məsələn, şagirdlər fərqli fərqli ölkələrin suyun qorunmasına yanaşmalarını birbiriylə müqayisə edə bilərlər.
  4. Qiymətləndirmə məlumatların, fikirlərin, hadisələrin keyfiyyətinin, etibarlılığının və əhəmiyyətinin müəyyənləşdirilməsidir. Misal üçün, şagirdlər hidroelektrik stansiyaları haqqında bir neçə fərqli yanaşma oxuya və hansının ən etibarlı olduğunu əsaslandıra bilərlər.
Geriyə: Su ehtiyatlarının davamlı idarə olunması üzrə təlim – Müəllimlər üçün kurs > Təlim layihəsinin metodologiyası