Menu Close

[EV0103] Mövcud problemi həll etmə bacarıqları

Açıq

Su ehtiyatları ilə bağlı bütün məsələlər hər birimizə aiddir və hər birimizin gündəlik həyatini təşkil edir. İqlim dəyişikliyi, suyun keyfiyyətinin pisləşməsi və ya  resurs çatışmazlığı kimi problemləri düşünməyimiz və qayğı göstərməyimiz vacidir. Şagirdlərimizə mövcud problemlərin həlli yolarını tapmağı və yenilik etmək bacarıqlarınının infişafına məktəbdən başlaya bilərik.

Bunun üçün bizə nə lazımdır?

  1. Müəllimlər həqiqi kontekstə əsaslanan və şagirdlərdın yenilik tələb edən bir ssenari planlaşdırırlar.
  2. Şagirdlər problemi araşdırıb və həllini yollarını tərtib edirlər.
  3. Şagirdlər problemin həlli yolunu tətbiq edirlər.
  4. Həll üzərində işləmə müddətində həm tədqiqat mərhələsində, həm də həll araşdırma və tətbiqetmə mərhələlərində sinifdən kənar auditoriya ilə ünsiyyət qururlar.

Məsələn, təklif olunan ssenari belə ola bilər: Şagirdlərdən icmalarında, rayonlarında, məktəblərində, məhəllələrində suyun çirklənməsi problemini araşdırmalarını xahiş edin. Onlar problem yaradan amilləri və nəticələri müəyyənləşdirmək üçün məlumat toplayacaq və onları həll etməyin yollarını tapacaqlar. Suyun çirklənməsinə çay kənarındakı özbaşına təşkil edilmiş zibil səbəb olursa, problem zibil tökmək üçün əhaliyə aid, xüsusi hazırlanmış bir yerin olmaması ola bilər. Problemin həlli yalnız bu zibilin təmizlənməsini təşkil etmək deyil, həm də zibil qutularını əhali üçün əlverişli bir yerə qoymaq və bələdiyyədən mütəmadi şəkildə zibilin atılmasını təşkil etmələrini tələb etmək ola bilər. Onlar tərtib olunmuş həlli tədbiq də edə bilərlər. Bu prosesdə  şagirdlər sinif xaricində cəmiyyət üzvləri ilə yanaşı mütəxəssislər, ictimai şəxslər və başqalarıyla qarşılıqlı əlaqə qurmalıdırlar. Problem realdır və hələ həll olunmayıb. Beləliklə, şagirdlərin müəyyən bir vəziyyəti, müəyyən bir konteksti var və problemi həll etmək üçün həqiqi məlumatları toplamalı və təhlil etməlidirlər. Əlavə olaraq, nəticədə tətrib olunan həll yolu müəyyən bir hədəf auditoriyasına təqdim etmək üçündür və beləliklə onların məktəbdən kənar tərəflərlə ünsiyyət qurmağı və məsuliyyətləri bölüşməyi öyrənmələri çox vacibdir.

Geriyə: Su ehtiyatlarının davamlı idarə olunması üzrə təlim – Müəllimlər üçün kurs > Təlim layihəsinin metodologiyası