Məsələ ilə əlaqədar
Su – həyatı təmin edən əsas maddə
Su yer üzündəki həyatı müəyyənləşdirən əsas maddədir.
Su əldə etmə hüququ
Təmiz su əldə etmə hüququ insanın ən başlıca hüquqlarından biridir – hər kəs kifayət qədər və keyfiyyətcə təmiz su əldə edə bilməlidir. Bundan əlavə, suyla işləyən ekosistemlərin bu və ya digər miqdarda su əldə etmə hüququ var. İnsanların və sudan asılı olan ekosistemlərin suyu əldə etmə hüquuqları bərabər şəkildədir və bunu başa düşmək çox vacibdir! Bunu anlamaq istehlakçıların təbii qaynaqlara və xüsusən də su ehtiyatlarına olan münasibətlərinin dəyişməsinə – mövcud istehlakçı paradiqmasının dəyişməsinə gətirib çıxarır.
Ekosistem xidmətləri
Ekosistem fiziki mühit və onun tərkib hissələridir (torpaq, su, iqlim və s.),
Həm də bir-biri ilə sıx əlaqəli və müəyyən bir ərazidə meydana gələn canlı orqanizmlər toplusu. Ekosistem fiziki mühit və onun tərkib hissələri (torpaq, su, iqlim və s.), həm də bir-biri ilə sıx əlaqəli və müəyyən bir ərazidə meydana gələn canlı orqanizmlər toplusudur.
Ekosistemlər müəyyən xidmətlər istehsal edir – ekosistem xidmətləri. Bu terminlə insanların ekosistemlərdən əldə etdiyi bütün faydaları nəzərdə tuturuq. Dörd əsas ekosistem xidmət növü vardır:
- Təchizat xidmətləri
- Tənzimləmə xidmətləri
- Dəstəkləyici xidmətləri
- Mədəniyyət xidmətləri
Əvvəllər suyun təbiətdən aldığımız üçün pulsuz olduğuna inanırdılar. Ancaq bənzər təbii xidmətlərin də müəyyən bir dəyərə, qiymətə sahib olduğu ortaya çıxdı. Müasir yanaşma artıq ekosistem xidmətləri üçün müəyyən bir mabləğ ödəməyi nəzərə alır. Beləliklə, bir tərəfdən ekosistemin özünün müəyyən bir dəyəri var və digər tərəfdən də işləməsi üçün lazımlı miqdarda su almaq hüququna malikdir.
1. Təmin etmə xidmətləri
Təmin etmə xidmətləri deyəndə birbaşa ekosistemlərdən gələn məhsulları və ya üstünlükləri nəzərdə tuturuq. Məsələn qida, su, odun, yanacaq məhsulları, şəfa bitkiləri və s. Təmin etmə xidmətinin ən yaxşı nümunəsi, Tiflis şəhərinin Araqvi çayı hövzəsindən aldığı içməli sudur. Bununla belə Tiflis əhalisi Araqvi hövzəsinin ekosistem xidmətlərindən istifadə edir.
2.Tənzimləmə xidmətləri
Tənzimləmə xidmətləri, iqlim tənzimlənməsi (karbon dioksidin sekestrasiyası / tutulması), bitki örtüyü ilə oksigen istehsalı, suyun təmizlənməsi (məsələn, bataqlıq ekosistemləri ilə), tullantıların bakteriyalar tərəfindən təkrar emalı, arılar tərəfindən bitkilərin tozlandırılması, ağacların və bitkilərin kök sistemi ilə təməlin sabitləşməsi, eroziya proseslərinin dayandırılması və s. kimi proseslər ekosistem tənzimləmə prosesləri ilə əlaqədardır. Bütün bu proseslər nəticədə təmiz, funksional və dəyişməyə davamlı ekosistemlərin formalaşmasına səbəb olur. Bir nümunəyə nəzər salaq. Meşə ekosistemləri əhəmiyyətli dərəcədə çaydakı suyun eyni səviyyədə sabit olmasına kömək edir. Yağış suyu ərazinin yamacından keçir və ən aşağı nöqtəyə axaraq – çaya dayanır. Yamacda bir meşə varsa, proses belə olur: su yarpağa düşür, sürət azalır, torpağa sızır, suyun bir hissəsi səthdə axır, böyük bir hissəsi isə yeraltı su kimi toplanır, səthdəki su çaya axır, dənizə / okeana birləşir. Ağaclar kəsilibsə, gələn yağıntılar birbaşa səth suyu şəklində enir. Bununla belə yarpaqları və suyu saxlaya bilən kök sistemləri olmadığı üçün su miqdarının qarşısı alınmır.
Suyun qarşısını ala bilən bitki örtüyünə malik olmayan torpaq kütləvi su ilə yuyulur və torpaq da suyla birbaşa çaya qarışır. Nəticədə, sel axını şəklində böyük bir həcmdə hücəsəl axınla qarşılaşırıq. Ekosistem su tənzimləmə funksiyasını itirdikdə, ilin qalan hissəsində su qıtlığına rast gəlinir. Praktiki olaraq bitki örtüyü çay suyunun sabitlləşməsinə kömək edir- bərabərləşdirir və vaxtı uzadır. Bu vəziyyətdə meşə ekosistemi çay hövzəsində suyun sabitliyini təmin edir. Bu tənzimləyici bir xidmətdir yəni su miqdarının və iqlim şəraitinin sabitliyinin təminatıdır.
3. Köməkçi xidmətlər
Ekosistemlər fotosintez, qida dövrü, torpaq əmələ gəlməsi, su dövrü və s. kimi ardıcıl təbii proseslər olmadan birbaşa fəaliyyət göstərə bilməz. Ekosistemlərin işini təmin edən bu tip proseslərə köməkçi xidmətlər deyilir. Elə bu xidmətlər, yer üzündə əsas həyat formalarının mövcudluğunu təmin edir. Bu proseslər olmadan başqa bir xidmət növü olmazdı.
Köməkçi xidmətlərin nümunələri maddə dəyişikliyi, qida zənciri, torpağın əmələ gəlməsi, hidroloji (yəni su) dövrüdür..
4.Mədəni xidmətlər
İnsanların ekosistemlərdən aldığı qeyri-maddi faydaların toplusuna mədəni xidmətlər deyilir. Buna nümunə olaraq intellektual inkişaf, estetik zövq, istirahət – fiziki və mənəvi sağlamlıqla əlaqəli faydalar, turizm, təhsil və s. ni göstərə bilərik. Şərqi Gürcüstanda yerləşən Sabaduri Meşəsi, insanların ekosistemdən aldığı estetik-mədəni xidmət nümunəsidir.
Şagirdlər üçün maraqlı faktlar
Yetkin insan bədəninin 70% -i sudur! Orqanlara görə beynin 73% -i (!), Ürəyin 73% və ciyərlərin 83% -i sudur. Ayrıca, bədəni təşkil edən hüceyrələrin 67% -i sudur!
Yetkin bir insanin fərqli ehtiyaclari üçün gündə 50 ilə 100 litr arası suya ehtiyacı olur – içmə, qida hazırlanması, gigiyena və s.
İnsan üç həftəyə qədər qidasız qala bilər, ancaq üç gündən çox susuz qala bilməz!
Xüsusi problemlər
İnsan fəaliyyətinin müxtəlif sahələrində suyun intensiv istifadəsi.
Praktiki olaraq insan fəaliyyətində suyun istifadə olunmadığı heç bir sahə yoxdur. İstər kənd təsərrüfatı, istər sənaye, istərsə də məişət sektoru. Son onilliklərdə bu sektorların hamısında sudan istifadə xeyli artmışdır.
Su çatışmazlığı
Sudan istifadənin intensiv şəkildə artması müasir insanı su qıtlığı problemi qarşısında qoydu. Bu gün dünya əhalisinin əhəmiyyətli bir hissəsi, təxminən 2 milyard insan, su qıtlığı problemi ilə üzləşən bölgələrdə yaşayır. Çin kimi böyük və yüksək səviyyədə inkişaf etmiş bir ölkədə belə, ən az 320 milyon insan təmiz içməli suya sahib deyil.
Sudan asılı həyat formalarının (balıq və s.), habitatların məhv edilməsi
Su ehtiyatlarından intensiv istifadə onların kəmiyyətcə azalmasına və keyfiyyətcə pisləşməsinə səbəb olur. Nəticədə, ilk növbədə sudan asılı olan növlər və onların yaşayış yerləri məhv olur. Məsələn, hidroelektrik stansiyaların istismarı sayəsində su axını azaldığı üçün, balıq növlərinin müxtəlifliyi və populyasiyası da əhəmiyyətli dərəcədə azalır.
Bioloji müxtəlifliyin itirilməsi
Suyun kəmiyyət və keyfiyyət göstəricilərinin pisləşməsi ümumi biomüxtəlifliyə də eyni dərəcədə təsir göstərir. Su çatışmazlığı, keyfiyyət dəyişikliyi, iqlim dəyişikliyi, evtrofikasiya – bu və digər su ilə əlaqəli problemlər müxtəlif habitatlar üçün əhəmiyyətli bir təhlükə yaradır və nəticədə bu yaşayış sahəsindən asılı olan orqanizmlərin növ müxtəlifliyi durmadan azalır.
Fəlakətlər / İqlim Dəyişikliyi
Təbii fəlakətlərə misal olaraq şiddətli yağış, sel kimi hadisələri göstərmək olar. Meşələrin olmaması / deqradasiya olması səbəbindən çay yatağlarına bir anda çox miqdarda su yığılır. Bu cür fəlakətlər , Gürcüstanda 2000-ci illərin ikinci yarısında, meşələrin kəsilməsi nəticəsində kifayət qədər özünü göstərmişdi.
Həlli yolu
Qlobal əməkdaşlıq
Ən əsası problemlərin sadəcə bir icma, bir şəhər və ya hətta bir ölkəylə həll edilə bilməyəcəyini anlamaqdır. Bunu üçün qlobal və sərhədyanı əməkdaşlıqlar həyata keçirmək lazımdır. Bir tərəfdən həll edilən və düzəldilən bir problem digər tərəfdən yenidən korlanmamalıdır.
Fərdi fəaliyyət: qənaət, çirklənmədən qaçınmaq
Fərdi fəaliyyətlərlə suya qənaət və çirklənmədən qorunmaq mümkündür, məsələn, ev vərdişlərini dəyişdirmək, suya qənaət edən ev alətlərindən istifadə etmək, su təchizatlarını təmir etdirmək və s. Beləliklə, suvarma texnologiyalarını gəlişdirmək və kənd təsərrüfatı kimyəvi maddələrin rasional və düzgün istifadəsini təmin etmək olar.
Şagirdlərlə işləyə biləcəyiniz məsələlər
Əsas odur ki, şagird bu məsələlər barədə düşünsün. Ümumi vəziyyət olduqca çətin olduğu üçün bir həll yolunu tapa ya da tapmaya bilər, ancaq ən azı bir dəfə düşünüb dəkr etsə, bu onun gələcəkdə verəcəyi qərarlara da təsir edəcəkdir.
- Ekosistem xidmətlərini başa düşmək – insanların ekosistem xidmətlərinə münasibətləri
- Tullantı su istehlakına nümunələr
- Suyun çirklənməsinə dair nümunələr
- Suya qənaət etmək və çirklənmədən qorunmaq üçün üçün nə edə bilərik?
Uğurlar!