Özünüz edin
- Xəritədən istifadə edin və Azərbaycanın əsas çay hövzələrini və onların alt hövzələrini tapın.
- Xəritədən istifadə edərək Azərbaycanın transsərhəd çaylarını tapın.
- Xəritədə Azərbaycanda bir çay hövzəsini seçin və bu çay hövzəsinin istifadəçilərini müəyyənləşdirin.
- Hövzənin suyundan istifadə ilə bağlı məsələlərin həllində iştirak etməli olduğunu hesab etdiyiniz tərəflərin siyahısını tərtib edin. Fikirlərinizi sinif yoldaşlarınızla bölüşün. Məsələni sinif yoldaşlarınız və müəlliminizlə müzakirə edin.