Menu Close

[STE0102] – Tapşırıq

Açıq

Özünüz edin

  • Kağız və ya elektron xəritədə dünyanın böyük çay hövzələrini tapın və adlarını yazın. Bu hövzələr harada yerləşir?
  • Kür çayının hövzəsini tapın və tapdığınız böyük çay hövzələri ilə müqayisə edin.
  • Kür çayı hövzəsinin su istifadəçiləri haqqında düşünün və onların adlarını qeyd edin.
  • Sizin fikrinizcə, su hamı üçün kifayət etmədikdə, həmin istifadəçilərdən hansı ilk öncə su ilə təmin edilməlidir? Niyə? Bunu müəlliminizin köməkliyi ilə sinif yoldaşlarınızla birlikdə sinifdə müzakirə edin.
Geriyə: III-V siniflər – Sudan səmərəli istifadə > Modul 1 - Çay hövzələrinin coğrafiyası