Menu Close

KÜR BOĞÇASI – tədris vəsaiti

   

KÜR BOĞÇASI - tədris vəsaiti

Bu tədris vəsaiti BMTİP-QEF tərəfindən həyata keçirilən “Sərhədlərarası razılaşdırılmış fəaliyyətlərin və dövlət planlarının icrası vasitəsi ilə Kür çayı hövzəsi boyunca İnteqrasiya olunmuş su ehtiyatlarının idarə edilməsinin (SEİİ) inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanmışdır. Tədris vəsaitinin hazırlanmasında məqsəd Kür çayı hövzəsinin su ehtiyatlarının indiki vəziyyəti, hövzənin ekoloji deqradasiyasının insan fəaliyyəti ilə əlaqəsi, eləcə də iqlim dəyişikliyi və təbii fəlakətlər kimi qlobal təhlükələrin çayın su ehtiyatlarına potensial təsirləri haqqında biliklərin artırılmasıdır. Nəşr su ehtiyatları və ekosistemlərlə bağlı maraqlı məlumatları özündə ehtiva etməklə yanaşı, ətraf mühitlə bağlı bəzi konsepsiyaları da oxuculara təqdim edir. Tədris vəsaitindən hər bir məktəb müəllim və şagirdi, eləcə də istənilən su istifadəçisi əlavə məlumat mənbəyi kimi istifadə edə bilər.