Kursun bu hissəsi ən uzunmüddətlidir və sinifinizdə öyrənmə fəaliyyətinizi həyata keçirməyinizə həsr olunur. Video animasiyalardan və ya broşuralardan istifadə edərək, öyrənmə layihəsini və ya mürəkkəb tapşırığı tərtib edib onu sinifinizdə tətbiq edin. Yalnız bundan sonra özünü əks etdirən sorğu anketini doldurmalı olduğunuz növbəti dərsə keçin. Bu tapşırıqları nümunə kimi istifadə edə bilərsiniz.
III-V siniflər üçün tapşırıq
- Gündəlik həyatda suya qənaət etməyin digər yolları barədə düşünməyə çalışın.
- Müəyyənləşdirdiyiniz suya qənaət etmək yollarını sinif yoldaşlarınızla bölüşün.
- Evdə valideynlərinizlə, məktəbdə müəllimlə və sinif yoldaşlarınızla suya qənaət etməyin yollarını müzakirə edin.
VI-VIII siniflər üçün tapşırıq
- Müəlliminizlə birlikdə aşağıdakı linkdə olan məlumatlarla tanış olun.
- Özünüzün su ehtiyatlarından hansı həcmdə istifadə etdiyinizi hesablayın.
- Özünüzün su ehtiyatlarından istifadə həcminizə əsasən istifadə etdiyiniz suyun miqdarını necə azaltmağın mümkün olduğunu müəyyənləşdirin.
- Sevdiyiniz məhsulları seçin və onların su tələbatı haqqında təqdimat edin.
http://waterfootprint.org/en/resources/interactive-tools/product-gallery/ (ingilis dilində)
IX-XI siniflər üçün tapşırıq
- İnternetdən Aral dənizi fəlakəti haqqında məlumat əldə edin və sinif yoldaşlarınızla birlikdə onun deqradasiyasının səbəbləri və təsirlərini müzakirə edin. Aral dənizi ilə bağlı problemlər və onların səbəbləri barədə plakat və ya məlumat qrafiki (təqdimat/məlumat qrafiki) hazırlayın.
- Sinifdə-dostlarınızla kənd təsərrüfatında, məişətdə və sənayedə suya qənaət imkanlarını (texnologiyalar da daxil olmaqla) müzakirə edin. Bu imkanların istifadəsinə mane olan əsas səbəblərin nədən ibarət olduğunu müəyyənləşdirin.